Obama: “İŞİD qurbanlarının əksəriyyəti müsəlmandır"
Bizi izləyin

Dünya

Obama: “İŞİD qurbanlarının əksəriyyəti müsəlmandır"

İŞİD terrorçuları tərəfindən başı kəsilərək edam olunan amerikalı jurnalist Ceyms Foley haqqında Prezident Barak Obama açıqlama verib.

Axar.az xəbər verir ki, Obama terrorçulardan qisas alınacağını deyib: “İŞİD-in XXI əsrdə yeri yoxdur. İŞİD-ə qarşı daha qəddar olacağıq. ABŞ vətəndaşlarının qorunması üçün nə lazımdırsa, edəcəyik".

Daha sonra Obama İŞİD-in müsəlmanlarla heç bir əlaqəsinin olmadığını deyərək, dünya ölkələrini terrorla mübarizəyə səsləyib: “Bu gün bütün dünya Ceyms Foleyin terrorçular tərəfindən qorxunc bir şəkildə öldürülməsindən danışır. İŞİD-in İslam və din ilə heç bir əlaqəsi yoxdur. İŞİD qurbanlarının əksəriyyəti müsəlmanlardan ibarətdir”.

İraq xalqının İŞİD-ə qarşı birləşməli olduğunu vurğulayan Obama keçiriləcək hərbi əməliyyatlarda İraqın ABŞ-a dəstək verməsinin vacib olduğunu bildirib: “İŞİD-ə qarşı mübarizəmizi dəstəkləmək üçün İraq xalqı birləşməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm