İsrail Qəzzada yasaq silahlardan istifadə etdi
Bizi izləyin

Dünya

İsrail Qəzzada yasaq silahlardan istifadə etdi

İsrail qadağan olunmuş silahlardan istifadə edib.

Axar.az İran mətbuatına istinadən xəbər verir ki, Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi İsrailin Qəzzada fələstinli uşaq və qadınlara qarşı qadağan olunmuş silahlardan istifadə etdiyini bildirib.

FMTH-ın baş katibi Mustafa Bərğusi bu sözləri müalicə üçün İordaniya xəstəxanalarında olan fələstinli yaralılara baş çəkərkən söyləyib.

Bərğusi “İsrail tərəfi Qəzzaya qarşı hərbi təcavüzdə hərbçilərlə mülki şəxslər arasında heç bir fərq qoymayıb. İsrail rejiminin başçıları insanlığa qarşı və hərbi cinayətlər törətdiklərinə görə beynəlxalq məhkəmələrdə mühakimə olunaraq cəzalandırılmalıdır”, - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm