İŞİD-ə daha bir ağır zərbə
Bizi izləyin

Dünya

İŞİD-ə daha bir ağır zərbə

Ənbar vilayətinin Hadisə rayonu üzrə baş məmuru Abdulhakim əl-Cuğeyfi İraq ordusunun İŞİD-ə qarşı gözlənilməz əməliyyat təşkil edərək yaratdığı qarşıdurmada terrorçuların bir çoxunun məhv edildiyini bildirib.

Qarşıdurma Hadisə rayonunun Bərvanə qəsəbəsində baş verib. İraq ordusu qüvvələri müşahidə üçün əraziyə çıxan İŞİD-ə hücum edib və nəticədə 17 terrorçu öldürülüb. Onlardan çox sayda partladıcı maddə və döyüş sursatı əldə edilib.

Mosulun şimal-qərbində yerləşən Zamar qəsəbəsində isə ABŞ-ın təşkil etdiyi hava hücumlarında 10 İŞİD-çinin də öldüyü xəbəri yayılıb.

İraqın təhlükəsizlik mənbələri bildirir ki, Diyala bölgəsinə aid Baxibə şəhərindən 35 kilometr uzaqlıqda yerləşən əl-Muqaddim qəsəbəsində ordu qüvvələri ilə İŞİD üzvləri arasında yaranan qarşıdurmada 11 terrorçu, ordudan isə 2 əsgər öldürülüb, 3 əsgər yaralanıb.

Baş qa bir hadisə də isə Bakubanın əl-Azim qəsəbəsindəki polis bölməsi qarşısında keşik çəkən əsgərlərə İŞİD üzvlərinin uzaqdan atəş açması nəticəsində 1 əsgər dünyasını dəyişib.

Qeyd edək ki, ölkənin müxtəlif yerlərində İŞİD üzvləri ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm