Dünya
Ukrayna və ABŞ Donbası müzakirə etdi
Amerika hərbi qurumunun başçısı Çak Xeygel ukraynalı
həmkarı Valeriy Qeleteylə telefon danışığı aparıb.
Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, telefon
danışığında əsas mövzu Ukraynanın şərqindəki vəziyyətin
qiymətləndirilməsi olub. Pentaqonun press-relizində qeyd edilir ki,
eləcə də ABŞ-ın Ukraynaya hərbi köməyinin çatdırılması da müzakirə
mövzusu olub.
Telefon söhbətində Xeygel bildirib ki, “atəşkəs barədə hər hansı
bir danışıqlarda Ukrayna tərəfinin iştirakı vacibdir”.
Xatırladaq ki, 2014-cü ilin fevral ayında Ukraynanın şərqində
hökumətə qarşı kütləvi aksiyalar Ukrayna ordusu və özlərini yeni
dövlət kimi elan edən rusiyayönlü silahlı qruplaşmalar tərəfindən
müharibəyə çevrilib.
Hadisələrin bu cür inkişaf etməsində Rusiya və Ukrayna tərəfi
bir-birini ittiham edir.
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər