• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qəzzada ölənlərin sayı 2050-yə çatdı

  • Dünya
  • 21 Avqust 2014 08:23
  • 416 Baxış
Qəzzada ölənlərin sayı 2050-yə çatdı

Qəzzada vəzifəsini davam etdirən Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra İsrailin atəşkəsin pozulmasının ardından bu gecə Qəzzada yerləşən Ən-Nuseyrat Mühacir düşərgəsinə və bir çox fərqli nöqtəyə təşkil etdiyi hücumlarda ötən gündən bəri 25 nəfərin öldüyünü, 140 nəfərin yaralandığını bildirib.

Publika.az-ın "haberturk" saytına isitnadən məlumatına görə, Kudra İsrailin iyulun 7-dən bəri davam etdirdiyi hücumlarda həyatını itirənlərin sayının 2050-yə, yaralı sayının isə 10224-ə yüksəldiyini vurğulayıb.

Qeyd edək ki, İsrail illərdir mühasirə altında tutduğu Qəzzaya, iyuln 7-də havadan və dənizdən, həmin ayın 17-də isə qurudan hücuma keçib. Bir aydan çox davam edən hücumlardan sonra Misirdə həyata keçirilən müzakirələr də uzunmüddətli atəşkəsin təmin edilməsi yönündə heç bir bəhrə verməyib. Qəzzadan raket atıldığı iddiasıyla İsrail ordusu yenidən Qəzzaya hücumlar edir. HƏMAS tərəfi isə raket atıldığı xəbərini öz növbəsində təkzib edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR