• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Başı kəsilən jurnalistin ailəsi danışdı

  • Dünya
  • 21 Avqust 2014 08:40
  • 655 Baxış
Başı kəsilən jurnalistin ailəsi danışdı

Sələfi İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının vəhşicə başını kəsərək öldürdüyü Amerikalı foto-müxbir Ceyms Foleyin ailəsi, oğullarının azadlıq qurbanı olduğuna inandıqlarını söyləyiblər.

ANS PRESS-in məlumatına görə, öldürülən foto-müxbir Ceyms Foleyin ailəsi Nyu Hempşirdəki evlərinin qarşısında mətbuat konfransı təşkil edib.

Oğlunun öldürülmə şəklini dəhşətli qiymətləndirən Foleyin atası Con Foley, "Oğlum cəsarətini sübut etdi. Azadlıq qurbanı olduğuna inanırıq" - deyə bildirib.

"Cim (qısaldılmış adı) dünyanın o bölgədə çəkilən zülmlərdən xəbərdar olmağının vacibliyini düşünürdü. Bunu etməyə özünü borclu olduğunu hiss edirdi" - deyən ana Dayan Foley göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, “GlobalPost və “Agence France-Presse” yayım şirkətlətində ştatdankənar fotojurnalistlik edən Foley 2012-ci ilin noyabr ayınında Suriyada itmişdi.

İŞİD qruplaşmasının ötən günlərdə sosial şəbəkələrdə yaydığı Foleyin edam videosu rəsmən təsdiqini tapıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR