Ukraynada 22 separatçı öldürüldü
Bizi izləyin

Dünya

Ukraynada 22 separatçı öldürüldü

Ukraynanın könüllü Donbas batalyonu və ordu qüvvələri İlovaysk şəhərinin üçdə ikisinə nəzarət edir.

Axar.az Korrespondent-ə istinadən xəbər verir ki, bu barədə batalyonun rəsmi Feysbuk səhifəsində məlumat verilib.

“Şəhərin üçdə ikisi bizim əlimizdədir. “Azov” və “Dnepr” batalyonları şəhərdən çıxarılsalar da, separatçıların şimal tərəfdən əks-hücumlarının qarşısı alınır. İki saatlıq döyüş zamanı separatçıların iki tankı məhv edilib, ikisi təslim olub, ikisi də geri çəkilib”, - məlumatda bildirilib.

Eyni zamanda qeyd olunub ki, İlovaysk ətrafında “Donbas” döyüşçüləri 22 separatçını məhv ediblər. Onlardan ikisi çeçen, ikisi isə serb əsilli Slovakiya vətəndaşı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm