Ukrayna ordusu separatçılara ağır zərbə vurdu
Bizi izləyin

Dünya

Ukrayna ordusu separatçılara ağır zərbə vurdu

Ukrayna ordusu ölkənin şərqində uğurlu antiterror əməliyyatlarını davam etdirir.

Publika.az-ın verdiyi xəbərə görə, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru D.Tımçuk separatçıların 2 “Qrad”, 3 tank və 2 BMD-nin (piyada döyüş maşını) məhv edildiyini bildirib.

“Döyüşlərdə separatçıların xeyli canlı qüvvəsi məhv edilib. Aviasiya zərbələri nəticəsində isə 2 “Qrad”, 3 tank və 2 BMD sıradan çıxarılıb. Bu texnika separatçılara Rusiya tərəfindən verilmişdi”.

Hərbi ekspert antiterror güclərinin Rusiya ərazisindən minaatanlar və artilleriyanın atəşinə məruz qaldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm