• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Luqansk və Donetsk ətrafında şiddətli mövqe döyüşləri gedir

  • Dünya
  • 21 Avqust 2014 11:13
  • 567 Baxış
Luqansk və Donetsk ətrafında şiddətli mövqe döyüşləri gedir

Ukraynanın İlovaysk, Luqansk və Donetsk şəhərləri ətrafında ordu ilə separatçılar arasında şiddətli döyüşlər gedir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru D.Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert Saur-Moqili rayonu ətrafında da vəziyyətin gərgin olaraq qaldığını bildirib.

“Antiterror gücləri hazırda Luqansk kəndi, İlliriya, Malonikolayevka və Zemlyanki qəsəbələri ətrafında müdafiə mövqelərini gücləndirir. Novosvetlovka və Xryaşevatoe ilə “Luqansk Xalq Respublikası”nın nəzarəti altında olan əraziləri birləşdirən M-04 yolu da antiterror güclərinin nəzarəti altındadır”, - Tımçuk “facebook” səhifəsində yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR