Moskvada taciklərin mitinqi keçiriləcək: ”Biz qul deyilik”
Bizi izləyin

Dünya

Moskvada taciklərin mitinqi keçiriləcək: ”Biz qul deyilik”

Moskvadakı tacik diasporası oktyabrda 100 minlik mitinq keçirməyə hazırlaşır.

Aksiya iştirakçıları paytaxt bazarlarının sahiblərindən, tikinti və digər biznes sahələrindəki işəgötürənlərdən qul əməyinə son qoymağı, məvacibləri artırmağı tələb edəcəklər.

Rusiyada fəaliyyət göstərən “Tacikistanın əmək miqrantları“ cəmiyyəti artıq meriyaya mitinqlə bağlı müraciət edib. Aksiyada taciklərlə yanaşı yerli rusların da iştirakı gözlənilir.

Qeyd edək ki, bu cəmiyyət ötən il də milli ayrıseçkiliklə bağlı mitinq keçirmək istəmişdi.

Amma paytaxt rəhbərliyinin xahişlərindən sonra onlar aksiya keçirməkdən vaz keçmişdilər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm