Terrorçular Soçidə kimyəvi silah işlədə bilər
Bizi izləyin

Dünya

Terrorçular Soçidə kimyəvi silah işlədə bilər

Terrorçuların Soçi olimpiadası zamanı kimyəvi silahdan istifadə edəcəyi istisna deyil. Belə bir narahatlıqla Vaşinqtonda terrorizmə qarşı mübarizəyə həsr olunmuş konfransda amerikalı ekspertlər çıxış ediblər.

Soçiyə minlərlə polis və xüsusi xidmət əməkdaşı gətirilsə də, Rusiya və ABŞ idmançılara və qonaqlara hər hansı təhlükənin olmadığını bəyan eləsə də, yaraqlıların əlində kimyəvi silahın mövcudluğuna dair sübutların yoxluğu bildirilsə də, ekspertlər belə bir təhlükəni mümkün sayırlar.

Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzinin mütəxəssisi Qordon Xan hesab edir ki, “yaraqlıların əlinə kimyəvi silahın düşmə ehtimalı mövcuddur”. Onun sözlərinə görə, Suriyadakı vətəndaş müharibəsində yaraqlıların Şimali Qafqazdan olan iki qruplaşması iştirak edir – “Cand əl-Xilafət” və “Aiş əl-Muxacirin Vəl Ənsər”.

“Odur ki, terrorçuların Suriya ordusu arsenalından oğurlanmış kimyəvi silaha çıxışı əldə eləməsi və onu Qafqazdakı silahdaşlarına ötürməsi istisna edilə bilməz”, - deyə o, əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm