• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukrayna İlovaysk şəhərindəki itkiləri açıqladı

  • Dünya
  • 21 Avqust 2014 15:14
  • 1 124 Baxış
Ukrayna İlovaysk şəhərindəki itkiləri açıqladı

Ukrayna Milli Qvardiyası İlovaysk şəhəri ətrafında vuruşan “Donbas” könüllü batalyonu üçün növbəti silah partiyasını göndərib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Milli Qvardiyanın mətbuat xidmətindən bildirilib.

“Donbas” batalyonuna göndərilən silahlar arasında qumbaraatanlar, tank əlehinə raket sistemləri və zenit-raket kompleksləri yer alıb. Antiterror güclərinin qərargahından İlovaysk şəhərinin tamamilə Ukrayna hakimiyyətinin nəzarəti olduğunu bildiriblər. Məlumata görə, yaşayış binalarının zirzəmilərində təxminən beş min qədər insan gizlənir.

Ukrayna hakimiyyəti İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə 19 hərbçinin həlak olduğunu, 46-nın isə yaralandığını açıqlayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR