Poroşenko Ali Radanı buraxır
Bizi izləyin

Dünya

Poroşenko Ali Radanı buraxır

Ukrayna prezidenti Pyotr Poroşenko gələn həftə Ali Radanı buraxa bilər.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin məsləhətçisi Oleq Medvedev bildirib.

“Gələn həftə Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında fərman imzalayacaq. Bu günlərdə yeni koalisiyanın formalaşdırılması üçün verilən 30 günlük müddət başa çatır”, - O.Medvedev deyib.

Poroşenkonun məsləhətçisi əlavə edib ki, sentyabrda böyük siyasi, iqtisadi və sosial islahatlar paketi elan ediləcək. O, Avropa Birliyi ilə iyun ayında imzalanan assosiasiya haqqında razılaşmanın təsdiqlənəcəyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm