Mustafa Cəmilov müvəkkil təyin olunmasından danışdı – Özəl
Bizi izləyin

Dünya

Mustafa Cəmilov müvəkkil təyin olunmasından danışdı – Özəl

“Mənim əsas işim Krım tatarlarının problemləri ilə bağlı hüquqi və qanun layihələrinin hazırlanması olacaq”.

Publika.az-a özəl açıqlamasında bu sözləri Krım tatarlarının lideri Mustafa Cəmilov Ukrayna prezidenti Pyort Poroşenko tərəfindən Krım tatarlarının işləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməsinə münasibət bildirərkən deyib.

M.Cəmilov bu işin bir qədər çətin olacağını deyib: “Krıma girişim qadağan olunub. Buna görə də tatar xalqı ilə bağlı işlərimizi həyata keçirmək çətin olacaq. Cənab Poroşenko ilə iki dəfə görüşmək imkanım olub. Bu məsələləri onun da diqqətinə çatdırmışam”.

O, Rusiyanın Krımda rus pasportu paylamasının beynəlxalq hüquqa təhqir olduğunu söyləyib: “Rusiya bir şeyi anlamalıdır: Krım tatarların torpağıdır və qanuna uyğun olaraq biz öz vətənimizə dönəcəyik. Ona görə də Rusiya orada öz yerini möhkəmləndirməsin. Krım yenidən Ukraynanın tərkibinə qatılacaq”.

Xatırladaq ki, Rusiya hakimiyyəti M.Cəmilovun Krıma və Rusiyaya girişinə 5 il qadağa qoyub. Bu müddət isə 2019-cu ilin aprel ayında bitir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm