Humanitar yüklərin birinci partiyası gömrük yoxlamasından keçdi
Bizi izləyin

Dünya

Humanitar yüklərin birinci partiyası gömrük yoxlamasından keçdi

Rusiya və Ukrayna sərhədçiləri Donetsk və Luqansk vilayətləri üçün humanitar yardım aparan yük avtomobillərindən ilk dördünün gömrük yoxlamasını başa çatdırıb.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Cənub Gömrük İdarəsinin nümayəndəsi Rayan Farukşin bildirib.

Xatırladaq ki, Rusiya paytaxtından yola çıxan 280 yük maşını 14 avqust tarixində Rusiya-Ukrayna sərhədinə çatıb. Humanitar yüklərin gömrük yoxlaması isə bu gün başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm