Dünya
Azərbaycan İranla Memorandum imzaladı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik
etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti
(KEPKO) rəhbərliyinin dəvəti ilə bu il avqustun 18-dən 20-dək İran
İslam Respublikasında səfərdə olub.
ANS PRESS ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Azərbaycan
neftçiləri İranın Neft Nazirliyində, bu ölkənin neft və qaz
şirkətlərində görüşlər keçiriblər. Akademik X.Yusifzadənin İranın
neft nazirinin birinci müavini, İran Milli Neft Şirkətinin baş
direktoru Rüknəddin Cavadi, İranın neft nazirinin beynəlxalq
məsələlər və ticarət üzrə müavini Əli Məcidi və İran Milli Qaz
Şirkəti baş direktorunun beynəlxalq məsələlər üzrə müavini,
şirkətin qaz ixracı üzrə idarə heyətinin sədri Əzizulla Ramazani
ilə görüşlərində neft və qaz sahəsində Azərbaycan-İran
əməkdaşlığının vəziyyəti və perspektivləri, tərəflərin neft və qaz
hasilatı, nəqli və ixracı sahəsində imkanları, iki ölkə arasında
mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir
mübadiləsi olub.
İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətində keçirilən görüşdə
şirkətin baş direktoru Əli Osuli X.Yusifzadəni və nümayəndə
heyətinin üzvlərini - ARDNŞ-nin baş ofisinin Qazma şöbəsinin rəisi
Farhad Ağamoğlanovu, Qaz İxrac İdarəsi rəisinin markentinq üzrə
müavini Kamal Abbasovu, Geofizika və Geologiya İdarəsinin rəis
müavini Yusif Şıxəliyevi, baş ofisin Geodeziya və hidroqrafiya
şöbəsinin böyük geodezisti Vadim Abramenkonu, eləcə də Dövlət Neft
Şirkətinin İran nümayəndəliyinin rəhbəri Oqtay Sadıqzadəni
KEPKO-nun tarixi və beynəlxalq əlaqələri ilə taniş edib. O,
rəhbərlik etdiyi şirkətin ARDNŞ ilə Xəzərdə əməkdaşlıqda maraqlı
olduğunu bildirib. Tərəflər Xəzərdə və beynəlxalq neft-qaz
layihələrində Azərbaycan-İran əməkdaşlığının ölkələrimizin mənafeyi
naminə daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.
ARDNŞ-nin nümayəndə heyəti Tehranda elmi tədqiqat neft sənayesi
institutuna da dəvət edilib, burada iranlı alimlərin neft-qaz və
nanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olub.
Azərbaycan neftçilərinin iranlı həmkarları ilə səmimilik və
işgüzarlıq şəraitində keçən görüş və danışıqlarının sonunda
qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO