
Rəsmi Bağdadın etirazlarına baxmayaraq, Türkiyə Şimali İraq Kürd
Regional rəhbərliyindən neft idxalını artırmaq niyyətindədir.
Publika.az-ın "haberturk" saytına istinadən məlumatına görə,
kürdlər tərəfindən inşa edilən və Şimali İraq neftini Türkiyəyə
nəql edən boru kəmərinin tutumu iki dəfə artırılacaq.
Boru kəmərinin genişləndirilməsi işlərinin avqustun sonunadək
tamamlanması nəzərdə tutulub. Bundan sonra kəmərə vurulan neftin
miqdarının gündəlik 220 min barelə çatdırılması gözlənilir.
Şimali İraq rəhbərliyinin bu addımı neft gəlirlərini artırmağa
hesablanıb.