ABŞ-da bu dəfə qaradərili polis ağdərili gənci güllələdi
Bizi izləyin

Dünya

ABŞ-da bu dəfə qaradərili polis ağdərili gənci güllələdi

Amerikada baş erən polis zorkılıqlarına etiraz olaraq, "ABŞ polis dövlətidir” ictmai kampaniyasına start verilib.

Missuri ştatının Ferqyuson şəhərində kütləvi iğtişaşlar davam edir. İnsanlar ağdərili polis zabiti tərəfindən 18 yaşlı qaradərili Maykl Braunun güllələnib öldürülməsinə ən kəskin formada etiraz edirlər. Şəhərdə komendant saatı tətbiq olunsa da və hərbi hissələr yeridilsə də, vəziyyəti əvvəlki axarına qaytarmaq mümkün olmur.
Belə bir fonda ABŞ-ın müstəqilliyi ilə məşhur olan “WND“ saytı başqa bir məqama diqqət çəkib. Bu dəfə isə ağdərili, 20 yaşlı Dillon Teylor qaradərili polis zabiti tərəfindən güllələnərək öldürülüb. Ancaq hələ də Amerika və dünya ictimaiyyətinin bütün diqqəti Ferqyuson şəhərində davam edən etiraz aksiyalarına köklənib.

Sayt bildirir ki, avqustun 11-də Solt Leyk Sitidə polis mağazada gənci güllələyib. Ölən şəxsin yaxınları deyirlər ki, Teylor polislə üz-üzə gələndə silahsız olub.

Polis rəisi Kris Burbank deyib ki, hadisə mağazada quraşdırılmış video-kamera tərəfindən lentə alınıb.
“Siz özünüz də həmin çəkilişləri görəcəksiz... Orada hər kəsin hərəkəti lentə düşüb. O cümlədən bizim polis zabitinin açdığı atəş də aydın görünür”, - rəis jurnalistlərə deyib.

Polis rəisi onu da bildirib ki, həmin video-görüntülər müvafiq bir zamanda yayımlana bilər. Ancaq bunun üçün günlər, həftələr, bəlkə də aylar lazım ola bilər.

Rəis video-görüntüyə şəxsən baxdığını desə də, polis zabitinə bəraət qazandıra biləcək hər hansı açıqlama verməyib.

“Mən heç vaxt zabitləri ölümə səbəb ola biləcək gücdən istifadə etməyə səsləmirəm. Bu, heç vaxt bizim niyyətimiz olmayıb. Silahdan istifadə həmişə son vasitə kimi ortaya çıxır. Biz Dillon Teylorun ölümü ilə bədbəxt bir hadisə ilə qarşılaşmışıq”,- rəis jurnalistlərə söyləyib.

Rəis bədbəxt hadisənin qurbanı olan gəncin silahlı olub-olmaması haqqında da bir söz deməyib. Ancaq bildirib ki, polisi zəng vuraraq hadisə yerinə çağıranlar deyiblər ki, ətrafda silahlılar var.

Şahidlər deyiblər ki, 20 yaşlı gənc güllələnərkən qulağında musiqiyə qulaq asmaq üçün qulaqcıq olub. Və atəşdən sonra o, ağır-ağır nəfəs alırmış.

O da məlum olur ki, Dillon Teylor əvvəlki cinayətindən dolayı məhkəmənin hökmü ilə 25 min dollarlıq cərimə ödəməli imiş.

Bəziləri Dillon Teyloru Maykıl Braun ilə müqayisə edirlər. Onların heç biri polisə müqavimət göstərməyib və hadisə yerində hər hansı cinayət törətməyib.

Çikaqoda olan bu hadisə Missuri ştatında baş verəndən sadəcə onunla fərqlənir ki, bu dəfə polisin hansı rəngdə dəriyə sahib olması müzakirə mövzusu deyil.

Amerikada ictimai rəy belədir ki, ağlar zülmkardır, onlar qaradərililərə aman vermirlər. Ağ adamın da belə bir hadisənin qurbanı olması isə insanlar üçün inandırıcı görünmür. Çünki ağlar çoxluqdadır, qaralar azlıqdadır. Məntiqlə çoxluq azlığa zülm edir.

Qətlə yetirilmiş gəncin xalası Gina Teyn deyib ki, polis bilir ki, günahsız bir insan öldürüb. Video-görüntülər həqiqəti bir daha ortaya çıxaracaq...

Bu arada isə Amerikada baş verən bu kimi olaylara etiraz olaraq “ABŞ polis dövlətidir” kimi kampaniyalar baş alıb gedir...

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm