İŞİD Foleynin ailəsindən 132 milyon dollar istəyirmiş
Bizi izləyin

Dünya

İŞİD Foleynin ailəsindən 132 milyon dollar istəyirmiş

"İraq və Şam İslam Dövləti yaraqlılarının Foleynin ailəsinə göndərdiyi məktubda onu azad etməyə fantastik 100 milyon dollar istəyiblər".

Publika.az-ın məlumatına görə, bu haqda Frans Press agentliyi amerikalı jurnalist James Foleynin azad olunması cəhdlərində bilavasitə iştirak etmiş şəxsə istinadla xəbər verir.

Eyni mənbə bildirir ki, avqustun 13-də Foleynin ailəsi ikinci məktubu alıb. Orda yaraqlılar bildirirdi ki, ABŞ-ın hava zərbələrinə cavab olaraq Foley edam olunacaq.

Foleyin işlədiyi GlobalPost isə bildirib ki, əslində daha çox pul istənilib. GlobalPost xəbər saytının sözçüsü Frans Pressə deyib: "GlobalPostun icra rəhbəri Philip Balboni bildirir ki, yaraqlılar 100 milyon avro istəyib, yəni 132 milyon dollar."

Frans Press Foley ilə birlikdə əsirlikdə olan Fransa vətəndaşı Nikolas Heninlə də danışıb. Henin deyib: “Azad etdirmək üçün pul verməyən ölkələrdən olanlar anlayırlar ki, onların vəziyyəti mürəkkəbdir”.

Vaxtilə yaraqlıların girovu olan və adının çəkilməsini istəməyən başqa bir fransalı agentliyə deyib: “Əsirlikdə amerikalılar və avropalılar müxtəlif hisslər keçirir. Amerikalılar bilirlər ki, bizim ölkələrdən fərqli olaraq onların hökumətləri onları azad etmək üçün girov pul verməyəcək, ona görə onların qorxu hissləri bizimkindən güclüdür”.

Qeyd edək ki, 2009-cu ildə 7 ay Taliban əsirliyində olan amerikalı jurnalist David Rohde əsirlikdən yalnız qaçmaqla qurtara bilib. O media vasitəsilə Qərb hökumətlərinə müraciət edib ki, əsirlikdən azad etmək üçün pul vermə məsələsini qaydaya salsınlar.

Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm