• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident biznesini satışa çıxardı

  • Dünya
  • 22 Avqust 2014 00:39
  • 1 211 Baxış
Prezident biznesini satışa çıxardı

“Rotshild” şirkəti Ukrayna Prezidenti Pyotr Poroşenkonun biznesinin satışı ilə məşğul olacaq.

Axar.az Korrespondent-ə istinadən xəbər verir ki, bu barədə “Rotshild & Cie” şirkətinin icraçı direktoru və həmsədri Covanni Salvetti bildirib.

Onun sözlərinə görə, Poroşenkonun səhmlərinin satışına gələn həftədən başlanılacaq.

“Biz bu gün çox gözəl xəbər almışıq, sevinirik ki, bizə çox vacib rol veriblər. Bizim şirkət birləşmə və səhmlərin udulması məsələsində dünyanın ən aparıcı məsləhətçilərindən biridirİndi biz “Rotshild”in iştirakı ilə yerli partntoylarımız olan Ukrayna İnvestisiya kapitalı ilə müqavilənin hazırlıq prosedurunu başa çatdırırıq. Əsas iş gələn həftədən başlayacaq”, - Salvetti deyib.

Qeyd edək ki, Poroşenko Ukraynada iri biznesə sahib olan ilk prezidentdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR