Almaniya Ukraynaya əsgər göndərməkdən imtina etdi
Bizi izləyin

Dünya

Almaniya Ukraynaya əsgər göndərməkdən imtina etdi

Almaniya hökuməti öz hərbçilərini Ukraynaya göndərməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Ukrayna böhranı ilə bağlı çıxışında deyib. “Biz Ukraynada konflikti həll etmək üçün öz əsgərlərimizi göndərməyəcəyik”, - Merkel Qrim şəhərinin parlamenti qarşısında çıxış edərkən deyib.

Merkelin sözlərinə görə, Almaniya Ukrayna ətrafında böhranı həll etmək üçün yalnız diplomatik üsullardan istifadə edəcək.

Kansler həmçinin bildirib ki, Almaniya İraqda İŞİD-lə mübarizə aparmaq üçün də öz hərbi qüvvəsindən istifadə etməyəcək. Buna baxmayaraq, hərbi mütəxəsisləri göndərmək barədə müzakirələr aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm