• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qaradərili yeniyetməni öldürən polisə yardım kampaniyası

  • Dünya
  • 22 Avqust 2014 10:24
  • 504 Baxış
Qaradərili yeniyetməni öldürən polisə yardım kampaniyası

ABŞ-ın Ferqüson şəhərində də qaradərili yeniyetməni öldürən polis Darren Uilsona yardım kampaniyası başlayıb. Artıq onun bank hesabına 189 min dollar köçürülüb.

Publika.az xəbər verir ki, D. Uilson qaradərili yeniyetmə Maykl Braunu öldürməkdə ittiham edilir. Bu hadisə ucbatından son iki həftə ərzində həm Ferqüsonda, həm də başqa şəhərlərdə etiraz aksiyaları keçirilib. Kütləvi iğtişaşlara çevrilən aksiyalarda onlarla insan həbs olunub.

Uilsona yardım kampaniyası 4 gün əvvəl başlayıb. Onun hesabına pul köçürənlərin sayı beş mini keçib. Onlar bu yolla ağır durumda olan polisi dəstəklədiklərini deyirlər.

Mərhum Maykl Braunun da hüquqlarının müdafiəsinə yardım kampaniyası keçirilir. Braunun vəkilləri tərəfindən başlanılmış aksiyaya 5,3 min insan qoşulub. Braunun hesabına 146 min dollar köçürülüb.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR