HƏMAS İsraili hədələdi: “Bu qanı yerdə qoymayacağıq” - FOTOLAR
Bizi izləyin

Dünya

HƏMAS İsraili hədələdi: “Bu qanı yerdə qoymayacağıq” - FOTOLAR

HƏMAS-ın Qəzza zolağındakı lideri İsmayıl Haniyə İsrailin “İzəddin Əl Kassam” briqadasının üç liderini öldürməsi ilə bağlı bəyanat yayıb.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, Haniyə İsraildən qisas alacaqlarını deyib: “Biz qardaşlarımızın intiqamını alacağıq. İsrail buna görə cavab verəcək”.

İsmayıl Haniyə həmçinin bildirib ki, öldürülən briqada generallarının yerini sionistlərə xəbər verən satqınların axtarışı davam edir.

HƏMAS artıq 7 şübhəlinin saxlanıldığını bəyan edib. Satqınlardan 3 nəfəri edam edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm