“Donbas” komandiri: “Ukraynada Rusiyanın ehtiyatda olan zabitləri vuruşur”
Bizi izləyin

Dünya

“Donbas” komandiri: “Ukraynada Rusiyanın ehtiyatda olan zabitləri vuruşur”

Ukraynanın İlovaysk şəhərində Rusiya Federasiyasının ehtiyatda olan zabitlərinin bölükləri vuruşur.

Publika.az-ın bu barədə “Donbas” könüllü batalyonunun komandiri Semyon Semençenko “facebook” səhifəsində bildirib.

İlovaysk şəhərinin tamamilə antiterror güclərinin nəzarəti altına keçdiyini qeyd edən batalyon komandiri separatçıların tanklar və artilleriyanın köməyi ilə əks-hücuma keçdiyini qeyd edib.

“Əsir götürülənlərə əsasən, demək olar ki, onların çoxu Rusiya Federasiyasının ehtiyatda olan zabitləridir və əsgərlərdir. Onlar ayrı-ayrı bölüklər şəklində vuruşurlar. Yəni, bu artıq real hərbi müdaxilədir”, - S.Semençenko vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm