Kremlin qarşısını Ukrayna bayrağı rəngi ilə boyadılar
Bizi izləyin

Dünya

Kremlin qarşısını Ukrayna bayrağı rəngi ilə boyadılar

Artıq üçüncü gündür ki, Moskvada hər hansı bir binanı, yolu Ukrayna bayrağı rəngində boyayırlar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, indi də Kremlin qarşısında, Qırmızı Meydanda asfaltı sarı-göy rənglə boyayıblar.

Xatırladaq ki, bundan əvvəl Moskvanın ən hündür binasının üstündəki ulduz sarı-göy rənglə boyanmışdı və binanın üstündən Ukrayna bayrağı asılmışdı. Polis faktla bağlı cinayət işi açaraq üç şübhəli şəxsi həbs etmişdi.

Ukrayna simvolları həmçinin elektrik dirəklərinin üstündə də çəkilməyə başlayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm