Ukraynada neft məhsulları daşıyan qatar relsdən çıxdı
Bizi izləyin

Dünya

Ukraynada neft məhsulları daşıyan qatar relsdən çıxdı

Ukraynanın Çerkası vilayətində neft məhsulları ilə dolu olan 20 sistern relsdən çıxıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yanğın başlayıb.

Yanğının qatar relsinin yaxınlığında olan yaşayış evlərinə keçdiyi bildirilir. Ölən və yaralılar barədə informasiya yoxdur.

Qatarda ümumi 35 sisternin olduğu bildirilir. Yanğının söndürülməsinə Çerkası vilayətinin yanğınsöndürmə xidmətinin bütün qarnizonu, həmçinin Kirovoqrad vilayətinin 5 yanğınsöndürmə briqadası cəlb edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm