Əşirət inqilabçıları İŞİD-dən ayrıldı – PARÇALANMA
Bizi izləyin

Dünya

Əşirət inqilabçıları İŞİD-dən ayrıldı – PARÇALANMA

İraq ordusuna qarşı birlikdə döyüşən Əşirət İnqilabçıları ilə İŞİD düşmən olub. İnqilabçıların 30 yaraqlını öldürdüyü iddia edilib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Ənbar şəhər məclisinin sədri Sabah Kərhut verdiyi açıqlamada Fəlluvə şəhərinin 13 kilometrliyində yerləşən Əl-Kəramə rayonunda Əşirət İnqilabçılarının ilk dəfə İŞİD-lə toqquşduğunu deyib.

Kərhut toqquşmalar nəticəsində terror təşkilatının liderlərindən olan Əbu Səid Əl-Cumeyli də olmaqla 30 İŞİD yaraqlısının öldürüldüyünü qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvələdək Əşirət İnqilabçıları ilə İŞİD İraq ordusuna qarşı döyüşürdü. Amma müttəfiqlərinin fikirlərindən narahat olmağa başlayan Əşirət İnqilabçıları ilə İŞİD arasında problemlər yaranıb. Problemlər toqquşmaya çevrildikdən sonra Əşirət İnqilabçıları Ənbardakı yerli hökumətin tərəfinə keçib.

Qeyd edək ki, keçən il İraqın keçmiş baş naziri Nuri Əl-Malikinin siyasətinə qarşı intensiv terror aktlarına imza atan sünni əşirət üzvləri “Əşirət İnqilabçıları” adlanır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm