İntihar turizmi inkişaf edir
Bizi izləyin

Dünya

İntihar turizmi inkişaf edir

Son vaxtlar İsveçrəyə turist axını artmaq üzrədir. Lakin bu ölkəni turistlər gəzmək yox, ölmək üçün seçirlər. Bir çox insan həyatla vidalaşmaq üçün İsveçrəyə səyahət edir. Belə ki, “eftanaziya turizminə” sağalmaz xəstəlikdən əziyyət çəkən insanlar müraciət edir.

Cəmiyyətdə eftanaziyanın qanuniləşdirilməsi və ya qadağan olunması haqda müzakirələr getdiyi halda, Sürixə “bir istiqamətli” gələnlərin sayı artmaq üzrədir. Son dörd ildə İsveçrəyə eftanaziyaya görə gələn xaricilərin sayı iki dəfə artıb. Bu haqda xəbəri “Journal of Medical Ethics” verib.

İsveçrə kantonu olan Sürixdə eftanaziyanın tarixi 70 ildir. 1941-ci ildən etibarən sağalmaz xəstəliklərdən əziyyət çəkən insanların həyatına eftanaziya ilə son qoymağa rəsmi icazə verilib. Hesablamalara görə, 2012-ci ildə 172 xarici vətəndaş məhz eftanaziya üçün İsveçrəyə gəlib. 2008-2012-ci illərdə isə ümumilikdə 31 müxtəlif ölkədən olan 611 nəfər bu məqsədlə Sürixə üz tutub. Eftanaziyaya müraciət edən insanların əksəriyyəti Böyük Britaniya, Almaniya, Fransa və İtaliyadandır. Eftanaziya qurbanlarının orta yaş həddi 69-dur.

Daha çox revmatizm, psixi problemlər və onkoloji xəstəliklərdən əziyyət çəkən insanlar İsveçrəyə bir istiqamətli bilet alaraq həyatlarına son qoyurlar. O da qeyd olunur ki, eftanaziya üçün ölkəyə gələn insanlar bir qayda olaraq, artıq kritik vəziyyətdə olurlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm