Rusiyaya ittiham: “Qayıdanda yükləri ölülər olacaq”
Bizi izləyin

Dünya

Rusiyaya ittiham: “Qayıdanda yükləri ölülər olacaq”

Rusiyanın “humanitar yardım” karvanı adı ilə Ukraynaya hərbi texnikanı idarə etmək üçün insanlar qrupu daxil olur.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko bildirib.

“Bu avtomobillərin mülki avtomobillərlə ümumi heç bir əlaməti yoxdur. Bunlar silahların daşınması üçün nəzərdə tutulmuş hərbi avtomobillərdir. Sürücülər isə qısa müddət ərzində xarici səfər üçün pasport alan və hərbi avtomobilləri idarə etməyi öyrənən hərbçilərdir”, - Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbəri deyib.

Onun sözlərinə görə, avtomobillər orduda geniş istifadə olunan xaki rənginin üstündən müvəqqəti ağ rənglə rənglənib. V.Nalivayçenko humanitar yüklərin dinc əhaliyə deyil, terror qruplaşmalara göndərildiyini qeyd edib.

O həmçinin bildirib ki, humanitar yardım gətirən avtomobillərdən ölənlərin Ukrayna ərazisindən daşınması üçün istifadə edilməsi planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm