İrəvan və Suxumini nə birləşdirir? – erməni saytından maraqlı iddia
Bizi izləyin

Dünya

İrəvan və Suxumini nə birləşdirir? – erməni saytından maraqlı iddia

“Rusiya üçün Ermənistan tanınmamış dövlətlərlə eyni sıradadır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın lragir.am saytı Abxaziya separatçı qurumunu tanıması xahişi ilə Belarus və Qazaxıstana müraciətini şərh edərkən yazıb.

“Belarus bildirdi ki, Abxaziya və Cənubi Osetiyanı tanımaq niyyətində deyil. Güman ki, eyni cavabı Astana da verəcək. Çünki bu iki ölkə beynəlxalq situasiya baxımından Gürcüstanla münasibətləri pozmaqda maraqlı deyillər. Bu baxımdan pozitiv perspektiv gözləmək çətindir. Rusiya Abxaziyadan onun tərkibinə qoşulması barədə qərar verməyi tələb edir. Bu, Moskva üçün Avrasiya məkanında tanınmamış respublikalarla bağlı müsbət tendensiya yarada bilər. Lakin Abxaziya hələ ki buna müqavimət göstərir”, - erməni saytı yazır.

Abxaziyanın Moskvanın istəyinə müqavimət göstərməsinin səbəbinə gəlincə, bu qondarma qurum üzərində Türkiyə təsiri ilə izah olunur: “Türkiyədə çoxsaylı abxaz icması var. Bundan başqa, Abxaziyaya türk investisiyaları yatırılır. Bir müddət sonra Abxaziya üzərində Türkiyənin təsiri Rusiyanın təsirindən daha böyük ola bilər. Moskva da bu təhlükəni hiss edir”.

Erməni saytı hesab edir ki, Abxaziyanın Avrasiya məkanında müəyyən bir status alması Türkiyənin təsirini də sığortalaya bilər: “Lakin Minsk və Astana buna qarşı çıxır. Bu halda isə ən yaxşı yol Abxaziyanın Rusiya Federasiyasına qatılmasıdır. Ehtimallara görə, Abxaziyada iki ay əvvəl baş verən dövlət çevrilişi də bununla bağlıdır. Çünki əvvəlki rəhbərlik Moskvanın istəklərinə tabe olmaq istəmirdi. Yeni rəhbərlik Avrasiya İttifaqına qoşulmaq üçün müraciət edib. Belarus və Qazaxıstanın rədd cavabından sonra isə Abxaziyanın yeni rəhbərliyin Rusiyanın tərkibinə qatılması barədə müraciət etməsi qalır. Burada xüsusi məqam Ermənistanla bağlıdır. Ermənistan da ittifaqa qoşulmaq üçün müraciət edib, lakin eyni münasibəti ona da göstərirlər. Rusiya Ermənistanı tanınmamış respublikalarla eyni səviyyədə görür”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm