Ərdoğanın partiyasının qərargahı atəşə tutuldu
Bizi izləyin

Dünya

Ərdoğanın partiyasının qərargahı atəşə tutuldu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qərargahı atəşə tutulub. Teleqraf.com xəbər verir ki, Türkiyənin Muş vilayətinin Varto qəsəbəsindəki qərargahı atəşə tutulub.

Varto-Karlıova yolunun Leylək kəndindən keçən hissəsini bağlayan PKK təəssübkeşləri yolu bağlayaraq bir müddət öncə terrorçu kürdün heykəlinin götürülməsinə etiraz bildiriblər. Polis aksiyanı dağıtmaq üçün rezin güllə və gözyaşardıcı qazdan istifadə olunub. 7 nəfər yaralanıb. Yol açılandan sonra aksiya kəndin daxilində keçirilib.

Maskalı şəxslər kəndin giriş çıxışını bağlayıb, AKP-nin qərargahına molotov kokteyli atıblar. Binada yağının qarşısı vaxtında alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm