Qərb qorxu içində: Rusyia və Çin təlimlərə başladı
Bizi izləyin

Dünya

Qərb qorxu içində: Rusyia və Çin təlimlərə başladı

Rusiya Müdafiə Nazirliyi Çin və digər Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin iştirakı ilə iki böyük təlimin reallaşdırılacağını bildirib.

Axar.az xəbər verir ki, 24-29 avqustda arasında keçiriləcək ilk təlimlər “Sülh missiyası” adı altında Çinin şimalında, ikinci hərbi təlim isə sentyabrın ortalarında “Vostok-2014” adı ilə Rusiyada baş tutacaq.

Nazirlikdən verilən məlumatda sülh missiyalı hərbi təlimlərdə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistandan 7000 şəxsi heyətin iştirak edəcəyi bildirilib.

Xatırladaq ki, Ukrayna böhranı səbəbi ilə ABŞ və Qərbin bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya davamlı olaraq hərbi təlimlər keçirməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm