Dünya
"Həmas" liderindən şok etiraf
Türkiyədə beynəlxalq konfransda iştirak edən "Həmas"ın
hərbi qanadının lideri Saleh Əruri olduqca iddialı bəyanatla çıxış
edib.
ANS PRESS=in məlumatına görə, o, iyun ayında Yaxın Şərqdə qanlı
münaqişənin başlanmasına səbəb olmuş 3 israilli yeniyetmənin
oğurlanması və qətlinə görə məsuliyyəti "Həmas"ın öz üzərinə
götürdüyünü deyib.
Ərurinin sözlərinə görə, "Həmas"ın hərbi qanadı sayılan Qəssam
Briqadaları bu dırnaqarası fədakar əməliyyatı Qərb Sahili və Qüdsdə
yaşayan fələstinliləri İsrailə qarşı qaldırmaq, onları üsyana sövq
etmək məqsədilə həyata keçirib.
Əruri yəhudi yeniyetmələrin oğurlanmasına görə məsuliyyəti
qruplaşma üzərinə götürən ilk "Həmas" lideridir.
Qeyd edək ki, 3 yəhudi yeniyetmə iyunun 12-də itkin düşüb, iki
həftə sonra onların cəsədlərinin aşkarlanması İsrailin "Həmas"a
qarşı sərt ölçülər götürməsinə yol açıb.
Əruri "Həmas"ın əsas fiqurlarındadır. O, Qərb Sahilində 20 il əvvəl
"Həmas"ın hərbi qanadını təşkil edib və hazırda qruplaşmanın
fəaliyyətini, əməliyyatlarını Türkiyədə mühacirətdən idarə
edir.
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar