Generallar İŞİD-i ABŞ-a ən böyük təhlükə elan etdi
Bizi izləyin

Dünya

Generallar İŞİD-i ABŞ-a ən böyük təhlükə elan etdi

Vaşinqton "İraq və Şam İslam Dövləti" (İŞİD, indiki adı "İslam Dövləti"dir) qruplaşmasının cihadçılarını ABŞ-ın son illər ərzində üzləşdiyi ən ciddi təhlükə hesab edir.

"Onlar adi bir terrorçular qrupu deyil. Onlarda ideologiya ilə strateji və taktiki hərbi peşəkarlıq birliyi yaranıb, onlar böyük vəsaitlərə malikdir. Bu, əvvəllər üzləşdiyimizlərdən xeyli ciddidir" - deyə ABŞ müdafiə naziri Çak Hagel bəyan edib.

Onun sözlərinə görə, Amerika aviasiyasının İraqın şimalında cihadçıların mövqelərinə endirdiyi zərbələr İŞİD yaraqlılarının qabağını almağa imkan verir, lakin onların yenidən qruplaşıb cavab zərbə vuracaqlarını gözləməməyə dəyər.

“İŞİD bilavasitə ABŞ üçün təhlükə kəsb edir" - Hagel xəbərdar edib.

Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəisi Martin Dempsi isə bəyan edib ki, islamçıların Suriyadakı mövqelərinə hücum etmədən İŞİD-ə qalib gəlmək mümkün olmayacaq.

M.Dempsi İŞİD-i "apokaliptik strateji təfəkkürlü" təşkilat adlandırıb və qeyd edib ki, təşkilat əvvəl-axır məğlub edilməlidir.

"Amma nə Hagel, nə də Dempsi Vaşinqtonda keçirilən mətbuat konfransında İŞİD yaraqlıları ilə mübarizədə ABŞ-ın tərəfindən hər hansı əlavə tədbirlər görüləcəyini bildirməyiblər" - deyə BBC müxbiri Barbara Plett məlumat verib.

Eyni zamanda, B.Plett ABŞ-in İraqda və Suriyada cihadçılarla mübarizə üsullarını dəyişəcəyini istisna etməyib. Daha əvvəl ABŞ prezidenti Barak Obama ABŞ aviasiyasına kürd könüllü dəstələri və İraq hərbçilərinə İŞİD yaraqlıları ilə hərbi əməliyyatlar zamanı dəstək təmin etməsinə icazə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm