NATO: “Rusiyanı daha sərt beynəlxalq təcrid gözləyir”
Bizi izləyin

Dünya

NATO: “Rusiyanı daha sərt beynəlxalq təcrid gözləyir”

NATO Ukrayna hakimiyyətinin razılığı olmadan Ukraynaya humanitar yardım daxil edən Rusiyanı ittiham edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, NATO baş katibi Anders Foq Rasmussen Rusiya hakimiyyətini bundan sonrakı provokasiyalardan çəkinməyə çağırıb. Baş katib şərtlərin yerinə yetirilməyəcəyi halda Rusiya daha sərt beynəlxalq təcridlə hədələyib.

“Mən Ukrayna hakimiyyətinin razılığı olmadan və Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı olmadan Ukrayna ərazisinə humanitar yardımın daxil edilməsini ittiham edirəm. Bu. Rusiya tərəfindən beynəlxalq öhdəliklər, yaxın vaxtlarda Berlin və Cenevrədə əldə olunan razılıqlar, həmçinin Ukraynanın ərazi bütövlüyünün pozulmasıdır”, - hərbi alyansın baş katibi qeyd edib.

Rasmussen həmçinin bildirib ki, Rusiya Ukrayna ərazisinə atəş açmaqda, separatçılara silah göndərməkdə və Ukrayna ilə sərhəd rayonlarında hərbi gücünü artırmaqda davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm