Poroşenko Ali Rada fraksiyaları ilə razılaşdı
Bizi izləyin

Dünya

Poroşenko Ali Rada fraksiyaları ilə razılaşdı

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Rada (parlament) fraksiyaları ilə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə razılaşıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, prezident 24 avqustda növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verə bilər.

Seçkilərin isə oktyabr ayının sonuna kimi keçiriləcəyi deyilir.

Xatırladaq ki, Ukraynada ötən aydan hakimiyyət böhranı başlayıb. Parlamentdəki hakim koalisiya rəsmən parçalanıb və yeni seçkilərin keçirilməsi məsələsi gündəmə gəlib. Ali Radadakı UDAR partiyası, ardınca isə “Azadlıq” partiyası hakim koalisiyadan çıxdıqlarını bəyan ediblər. UDAR partiyasının parlament fraksiyasının lideri Vitali Kovalçuk və “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok növbədənkənar seçkilərin keçirilmısini tələb ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm