Dünya
Bilik Fondu məktəbləri qardaşlaşdırır
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsinin başlanma tarixi və əhatə etdiyi coğrafi ərazi müəyyənləşib.
Publika.az-a Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, bu gün qurumun müxtəlif rayonlar üzrə nümayəndələri Bilik Fondunda olublar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşlarının iştirakı ilə keçirilən müzakirədə “Qardaşlaşmış məktəblər” layihəsinin detalları yerli nümayəndələrə izah olunub, onlara müvafiq tapşırıqlar verilib.
“Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 5-dən başlayaraq Bilik Gününə qədər 7 bölgənin müxtəlif şəhər və rayonlarındakı 20 orta məktəbdə həyata keçiriləcək. Bilik Günü bir sıra bölgə məktəblərində ilk dərsi ölkənin tanınmış elm adamları, ictimai xadimlər keçəcək. Layihə Azərbaycan ərazisindəki bütün rayonları əhatə edəcək.
Bakı məktəblilərini (190 saylı orta məktəb) Şəki, (145 saylı orta məktəb) Ağstafa, Sumqayıt məktəblilərini Quba, Mingəçevir məktəblilərini Horadiz, Biləsuvar məktəblilərini Gədəbəy, Oğuz məktəblilərini Beyləqan, BSU Məktəb-Lisey Kompleksinin şagirdlərini Tovuz, Astara məktəblilərini Ağdam, Gəncə məktəblilərini Neftçala, Şamaxı məktəblilərini Bərdə məktəbi qəbul edəcək. İki günlük səfər çərçivəsində müxtəlif səpkili tədbirlər, bilik yarışmaları keçiriləcək, tarixi yerlərə ekskursiyalar təşkil olunacaq. Proqrama məktəblərin qardaşlaşdığını göstərən rəsmi dostluq sazişinin imzalanması daxildir. Sazişə görə, məktəblilər Bilik Fondunun dəstəyi ilə mütəmadi olaraq görüşlər, dəyirmi masalar, müxtəlif yarışmalar keçirəcək, qarşılıqlı səfərlər təşkil edəcəklər.
Görüşdə “Qardaşlaşmış məktəblər” layihəsini yüksək qiymətləndirən bölgə nümayəndələri müxtəlif təkliflər səsləndirib, layihənin regionlar üçün vacibliyini vurğulayıblar.
Müzakirələrdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı da iştirak edib.
Bilik Fondu müxtəlif istiqamətlərdə bir neçə layihəyə start verib. Bu layihələr içərisində “Dini abidələrdə tarixin izləri”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizod”, “Auditoriya +”, “Yaradıcılıq fakültəsi” layihələrinə artıq başlanıb.
“Dini abidələrdə tarixin izləri” layihəsi çərçivəsində Bərdə İmamzadəsində ilkin araşdırmalar aparılıb, qəbirüstü yazılar oxunaraq tərcümə edilib. İkinci mərhələdə Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, dinşünasların, bərpaçıların və xarici qonaqların iştirakı ilə Bərdə İmamzadəsində Dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ