UEFA-dan Rusiyaya Krım qadağası
Bizi izləyin

Dünya

UEFA-dan Rusiyaya Krım qadağası

Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Krım klublarının Rusiya Futbol Federasiyasının himayəsi altında keçirilən matçlarını tanımaqdan imtina edib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ali futbol qurumunun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

“Çətin siyasi vəziyyəti nəzərə alaraq UEFA qərara alıb ki, Krımın ətrafında vəziyyət həll edilməyənə kimi Rusiya Futbol Federasiyasının təşkil etdiyi yarışlarda Krım klublarının heç bir matçı tanınmayacaq” – bəyanatda bildirilir.

Qeyd edək ki, Rusiya Futbol Federasiyası icraiyyə komitəsinin qərarı ilə Krımın 3 futbol klubu ikinci divizionun “Cənub” zonasının oyunlarına buraxılıb. Krımın bütün komandaları həmçinin Rusiya kuboku uğrunda ilk yarışlarını keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm