İngiltərə: “Düşmənimin düşməni dostum deyil”
Bizi izləyin

Dünya

İngiltərə: “Düşmənimin düşməni dostum deyil”

İngiltərə Xarici İşlər naziri Filip Hammond İŞİD təhlükəsinə qarşı ölkəsinin Əsəd rejimi ilə əməkdaşlıq etməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, BBC-yə müsahibə verən Hammond belə bir qərarın “praktik, ağıllı və faydalı olmayacağını” qeyd edib. Hammond Yaxın Şərqdə “Düşmənimin düşməni dostum deyil” prinsipi ilə addım atılacağını vurğulayaraq, terrora qarşı mübarizədə Əsədlə bir araya gəlməyəcəklərini deyib:

“Bəzi hallarda Əsədin mübarizə apardığı qüvvələrə qarşı mübarizə apardığımız görünə bilər. Amma bu o demək deyil ki, biz müttəfiq sayılırıq. Özümüzü ortaq bir düşmənə qarşı mübarizədə görə bilərik. Amma bu bizim dostluğumuz anlamına gəlməməlidir. Bu, bizim bəzi qüvvələrə güvəndiyimiz, bəzi qüvvələrlə birlikdə çalışa biləcəyimiz anlamına gələ bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm