Rusiyanın artilleriya bölmələri Ukrayna ərazisinə daxil oldu
Bizi izləyin

Dünya

Rusiyanın artilleriya bölmələri Ukrayna ərazisinə daxil oldu

Rusiya Ukrayna ərazisinə artilleriya bölmələrini daxil edərək onlardan Ukrayna hərbçilərinə qarşı istifadə edir.

Publika.az-ın "Nyu-York Tayms" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun mətbuat katibi Oani Lunqesku bildirib.

“NATO avqust ayının ortalarından başlayaraq Ukraynanın şərqinə Rusiyanın xüsusi təyinatlı və desant bölmələrinin daxil olması barədə çoxsaylı xəbərlər alır. Biz bundan çox narahatı”, - NATO-nun mətbuat katibi deyib.
Bundan əvvəl isə NATO-nun baş katibi Anders Foq Rasmussen Ukrayna hakimiyyətinin razılığı olmadan Ukraynaya humanitar yardım daxil edən Rusiyanı ittiham edib. O, Rusiya hakimiyyətini bundan sonrakı provokasiyalardan çəkinməyə çağırıb.
Rasmussen həmçinin bildirib ki, Rusiya Ukrayna ərazisinə atəş açmaqda, separatçılara silah göndərməkdə və Ukrayna ilə sərhəd rayonlarında hərbi gücünü artırmaqda davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm