ABŞ Kremldən “humanitar yardım”ı geri çağırmağı tələb etdi
Bizi izləyin

Dünya

ABŞ Kremldən “humanitar yardım”ı geri çağırmağı tələb etdi

Rusiyanın Ukraynanın şərqinə göndərdiyi “humanitar yardım”la beynəlxalq qalmaqal böyüyür.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, NATO rəhbərliyindən sonra ABŞ da Moskvanı hədələyib. ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildiirb ki, onun ölkəsi Moskvadan yük avtomobilləri və personalı dərhal geri çağırmağı tələb edir.

“Əks təqdirdə bunun çox ciddi əsasları olacaq. Rusiyanın təxribat xarakterli addımlarını davam etdirməsi onun təcridini daha da dərinləşdirəcək”, - Pentaqonun nümayəndəsi bildirib.

Bundan əvvəl isə NATO-nun baş katibi Anders Foq Rasmussen beynəlxalq təcridin genişlənəcəyi barədə Kremli xəbərdar etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm