İş adamı və həyat yoldaşı evində ölü tapıldı (VİDEO, FOTO)
Bizi izləyin

Dünya

İş adamı və həyat yoldaşı evində ölü tapıldı (VİDEO, FOTO)

Türkiyədə iş adamı və həyat yoldaşı evində ölü tapılıb.

ANS PRESS-in məlumatına görə, "Ören Bayan"ın əvvəlki sahibləri Jak Karako və Georgia Karako cütlüyü evində vəhşicəsinə öldürülüb.

Onların ölməsi tətildə olan oğullarının qonşulara zəng etməsindən sonra məlum olub.

Belə ki, istirahətdə olan İzzət Karako ana və atası ilə telefonla əlaqə saxlaya bilmədikdən sonra, qonşularla əlaqə saxlayır. Qonşular günorta saatlarında qapını qıraraq evə girir, onların bıcaqlanaraq öldürüldüyünü görür.

Polis qətldə şübhəli olaraq iş adamının ailəsində baxıcı olan türkmən ailəsini görür. Onların axtarışlarına başlayıb. Ehtimal olunur ki, türkmən cütlük ailəni soymaq istəyib. Əvvəlcə ər və arvadı bıçaqlayan baxıcılar onların qacaraq evin bir otağının qapısını kilidlədiyini görür. Onların öldürülməsində israrlı olan türkmən cütlük daha sonra qaz borusunu partladır. Bu partlayış isə iş adamının və həyat yoldaşının ölümünə səbəb olur.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm