ABŞ qırıcıları İŞİD-ə növbəti zərbələri endirib
Bizi izləyin

Dünya

ABŞ qırıcıları İŞİD-ə növbəti zərbələri endirib

ABŞ qıırıcıları “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Mosul anbarı yaxınlığında mövqelərinə 3 yeni hava hücumu təşkil edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığından bildirilib.

Açıqlamada qeyd olunur ki, ABŞ qırıcıları İŞİD-ə məxsus iki zirehli texnika və İraq qüvvələrinə atəş açan bir pulemyotun olduğu istehkam nöqtəsini məhv edib. Əməliyyatda iştirak edən hərbi təyyarələrin daha sonra bölgədən ayrıldığı xəbər verilib.

Açıqlamada 8 avqust tarixindən indiyə kimi İŞİD mövqelərinə 93 hava hücumu təşkil edildiyi, bunlardan 60-nın isə Mosul anbarı yaxınlarındakı İraq ordusuna dəstək üçün həyata keçirildiyi vurğulanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm