.jpg)
Vaşinqton Pekinə üç gün əvvəl beynəlxalq hava boşluğunda
ABŞ-ın hərbi təyyarəsini ələ keçirməsi zamanı Çin Hərbi Hava
Qüvvələrlərinin qırıcısı tərəfindən edilmiş təhlükəli manevrlə
əlaqədar etirazını ifadə edib.
Publika.az-ın BBC-yə istinadən məlumatına görə, bu haqda Pentaqonun
mətbuat katibi Con Kirbi bildirib. Onun sözlərinə görə, hadisə
Haynanın adasından 135 kilometr şərqədə Cənubi Çin dənizində
olub.
Çinin Hərbi Hava Qüvvələrlərinin qırıcısı ABŞ-ın hərbi təyyarəsi
P-8 Poseidondan 10 metr aralıda uçub.
Kirbi dəqiqləşdirib ki, Çin qırıcısı ABŞ təyyarəsinin üstündən
uçub, həmçinin P-8 Poseidon burnunun qarşısından keçərək silahlı
olduğunu göstərib.
ABŞ təyyarəsi Çin sahilində adi patrul uçuşunu yerinə yetirirdi və
qırıcıyla görüşdən sonra kursundan dönüb. Pentaqon bildirib ki, bu
Su-27 tərəfindən "təhlükəli təhdid idi".
Qeyd edək ki, bu artıq ikinci dəfədir ki, ABŞ-ın
təyyarə-kəşfiyyatçıları xarici qırıcıların əks təsiriylə
rastlaşırlar. Bu ilin aprelində Rusiyanın Hərbi Hava
Qüvvələrlərinin Su-27 təyyarəsi Yaponiyanın şimal sahilində RC-135
təyyarəsinə yaxın uçub, məhz SU-27 RC-135U-a yaxınlaşıb və onun
kursunu keçib, düz ABŞ təyyarəsinin qarşısında uçub.
Onda Pentaqon qeyd etmişdi ki, Rusiya pilotları soyuq müharibə
vaxtlarından ən təhlükəli hadisələrdən birini buraxdılar.