ABŞ Suriyaya girəcəyini açıqladı
Bizi izləyin

Dünya

ABŞ Suriyaya girəcəyini açıqladı

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisinin müavini Ben Rodes İŞİD-ə qarşı əməliyyatların davam edəcəyini bildirib.

Axar.az xəbər verir ki, ABŞ Prezidenti Barak Obamanın tətildə olduğu Martas-Vinyardda brifinq təşkil edən Ağ Ev sözçüsü terrorçulara qarşı coğrafi sərhəd tanımayacaqlarını deyib:

“Təhdidlərə cavab vermək üçün nə etməli olduğumuzu fikirləşirik. Özümüzü coğrafi sərhədlərlə çərçivəyə salmayacağıq. Harada əməliyyat vacib olarsa, orada da edəcəyik”.

Ağ Ev sözçüsü onu da qeyd edib ki, terrorçuların məskən saldığı sərhədin hər iki tərəfində (İraq və Suriya) əməliyyatların aparılması mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm