"Müharibədən yayınmalıyıq" (FOTO)
Bizi izləyin

Dünya

"Müharibədən yayınmalıyıq" (FOTO)

"Ukraynada separtaçılarla döyüşlər, Rusiyanın təcavüz təhlükəsi bir çox tarixçilərin yadına 1914-cü ili salır".

Publika.az-ın məlumatına görə, bu haqda New York Times qəzetində dərc edilən “Sanksiyalar nə vaxt müharibəyə aparır?” adlı yazıda deyilir.

Məqalənin müəllifi 2003-2005-ci illərdə Dövlət Deprtamentində müşavir olan, indi isə Milli Maraq naminə Mərkəzin rəhbəri Paul Saunders yazır ki, 2-ci dünya müharibəsi ərəfəsində ABŞ Yaponiyanın Cənub-Şərqi Asiyaya təcavüzünün qarşısını almaq istəyirdi. Dövlət Deprtamenti əmin idi ki, Yaponiya ABŞ-la kəllə-kəlləyə gəlmək istəməyəcək. Ona görə ABŞ Yaponiyaya “kökə” yox, yalnız “dəyənək” təklif edirdi.

Dəyənək isə zəif idi. Çünki bu gün Obama olduğu kimi o vaxt da ABŞ prezidenti Ruzvelt heç vaxt aydın şəkildə güclə hədələməyib. Yaponiya ABŞ-ın mövqeyini belə başa düşürdü ki, ABŞ Yaponiyanın super dövlət rolundan imtina etməsini tələb edir. Yaponiya bununla barışmaqdansa, müharibəyə getməyi seçdi.

Saunders hesab edir ki, bu gün ABŞ-Rusiya qarşıdurması o vaxtki ABŞ-Yaponiya qarşıdurmasına oxşayır.

Müharibəyə gedib çıxmasın deyə, Saundersin fikrincə, Vaşinqton söz verməlidir ki, Rusiyanın Ukraynaya təcavüzünə imkan verməyəcək, o biri tərəfdən, ABŞ Ukrayna ətrafında geniş və dərin dialoqa hazır olduğunu göstərməlidir. Gələn həftə Putinlə görüşən Poroşenkonu ABŞ sülhə sövq etməlidir. Ukrayna ordusu müəyyən uğurlar qazanıb, ona görə də indi daha yaxşı şərtlərlə sülh bağlaya bilər.

Amerikada bəziləri deyəcək ki, danışıqlara getmək Putinin təcavüzünü mükafatlandırmaqdır. Ancaq Putinin siyasəti onsuz da Rusiyaya böyük ziyanı vurub.

Saunders sonda yenə təkrar edir ki, indi əsas olan müharibədən yayınmaqdır.


Paul Saunders


Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm