Rusiyanın yardım karvanı Luqanska çatdı (FOTO, VİDEO)
Bizi izləyin

Dünya

Rusiyanın yardım karvanı Luqanska çatdı (FOTO, VİDEO)

"Ukraynanın şərqi üçün nəzərdə tutulan "RF yardım karvanının bütün yük maşınları Luqanska çatıb".

Bu barədə Luqansk meriyasından bildiriblər. ANS PRESS-in məlumatına görə, meriyada deyilib ki, artıq yüklərin boşalması prosesinə start verilib.

Qeyd edək ki, Ukrayna icazə olmadan yardım karvanının ölkənin şərq sərhədlərini keçdiyini deyərək, Rusiyanı birbaşa işğalçı adlandırıb. Ukraynanın Xarici İşlər Nazirliyinin cümə günü açıqladığı bəyənatında deyilir ki, yoxlanış üçün sərhəd məntəqəsində bir neçə gün gözləyən 200 maşından ibarət humanitar yardım karvanı Ukraynaya doğru irəliləyib.

Karvan neçə gündür ki, yoxlanışdan keçmək üçün gözləyirdi. Moskva isə Kiyevin icazəsini gözləməkdən yorulduğunu bildirib.
Qırmızı Xaç Cəmiyyəti təhlükəsizlik zəmanəti olmadığı üçün maşın karvanını müşayiət etməyəcəyini bildirib.















Oxumağa davam et
Reklam
Reklam

Gündəm