“Makkabi”nin futbolçusu təhdid edilir: “ərəblərə ölüm”
Bizi izləyin

Dünya

“Makkabi”nin futbolçusu təhdid edilir: “ərəblərə ölüm”

“Makkabi” (Təl-Əviv) klubunun futbolçularını daşıyan avtobusun üstündə naməlum şəxslər tərəfindən ərəblərə yönəlik təhqiredici sözlər yazılıb.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, avtobusun üstündə “ərəblər, rədd olun”, “ərəblərə ölüm” yazan vandalları polis hələlik tapa bilməyib.

Amma ehtimal ki, bu aksiya klubun ərəb əsilli müdafiəçisi, futbolçu Maaran Radiyə yönəlmiş növbəti hədə-qorxudur.

Qəzzada əməliyyatlar başlayandan klubun fanatları, demək olar ki, hər oyunda, hətta məşq zamanı belə stadiona gələrək Maaranı təhdid edirlər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm