• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Müsəlman liderlərin yerini Əsədə hansı dövlət deyir? – Şok iddia

  • Dünya
  • 23 Avqust 2014 11:00
  • 1 029 Baxış
Müsəlman liderlərin yerini Əsədə hansı dövlət deyir? – Şok iddia

Böyük Britaniyanın “The Independent” qəzeti anonim mənbəyə istinadən ABŞ Suriya prezidenti Bəşər Əsədlə gizli əməkdaşlıq etdiyini iddia edib.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ Almaniya Federal Kəşfiyyat Xidmətinin köməyi ilə müsəlman liderlərinin yeri barədə informasiyanı Dəməşqə verir.

Mənbə bildirir ki, Suriya aviasiyası və artilleriyanın üsyançıların qərargahlarına dəqiq zərbələr endirməsi də bunun nəticəsidir.

Bir müddət isə ABŞ-ın “Uall Street Journal” nəşri avropalı kəşfiyyat səlahiyyətlilərinin Bəşər Əsədlə gizli şəkildə görüşərək bu ölkədə vuruşan 1200 avropalı cihadçı haqqında informasiya verdiyini bildirmişdi. Bundan başqa, ingilis, fransız və ispan kəşfiyyat səlahiyyətlilərinin də rəsmi Dəməşqlə görüşdüyü iddia olunur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR