Qaribaşvili “erməni soyqırımı”nı ziyarət etdiyini inkar etdi - FOTOLAR
Bizi izləyin

Dünya

Qaribaşvili “erməni soyqırımı”nı ziyarət etdiyini inkar etdi - FOTOLAR

Gürcüstanın baş naziri İrakli Qaribaşvili qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsini danıb.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, Qaribaşvili səfərin nəticələri ilə bağlı bəyanatın ingilis və gürcü dili variantında bu ziyarətdən bəhs etməyib.

Lakin səfər zamanı yayılan fotolardan da görünür ki, gürcü baş nazir “erməni soyqırımı” abidəsini ziyarət edərək önündə baş əyir və kompleksin qarşısına gül çələngi qoyur.

Ekspertlər bu barədə sonradan informasiya ixtisarını rəsmi Tiflisin Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanmaması üçün etdiyini bildirir. Belə ki, Azərbaycan Gürcüstanın dördüncü investorudur. Həmçinin, hazırda Gürcüstanın təhlükəsizliyi məsələsində Azərbaycan-Türkiyə birliyi mühüm rola malikdir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm